İngiltərə Premyer Liqasında XXIII turun “Liverpul” – “Kristal Palas” oyunu baş tutub.
Oxu.az xəbər verir ki, 34-ci dəqiqədə Andros Taunsendin qolu ilə qonaq komanda önə keçib. Oyunun birinci yarısında qol qeydə alınmayıb.
İkinci hissə başlayan kimi 46-cı dəqiqədə misirli Məhəmməd Salah komandasının bərabərlik qolunu vurub. 53-ci dəqiqədə braziliyalı Roberto Firmino oyunu “Liverpul”un lehinə çevirib.
65-ci dəqiqədə Ceyms Tomkinsin vurduğu qolla qonaqlar yenidən hesabı bərabərləşdirib. Oyunun 75-ci dəqiqəsində Salah qonaq komandanın qapıçısının səhvi ilə yenidən komandasını önə keçirib.
89-cu dəqiqədə Ceyms Milnerin qırmızı vərəqə alması ilə “Liverpul” azlıqda qalıb.
Oyunun 90+3 - cü dəqiqəsində seneqallı Sadio Mane hesab arasındakı fərqi ikiyə çatdırıb.
Bu da son olmayıb. Oyunun 90+5-ci dəqiqəsində almaniyalı Maks Mayer meydan sahiblərinin qapısına yol tapıb.
Bununla da, “Liverpul” 4:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Premyer liqaya hazırda altmış xalla "Liverpul" liderlik edir.