Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mahir Emreli "Nürnberq"in heyətində dubl edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasının heyətində dubl edib.
Oxu.Az xəbər verir ki, II Bundesliqanın 30-cu turunda öz meydanında "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.
Amma bundan sonra üç qol buraxan "Nürnberq"in ikinci qolunu da əsas vaxta əlavə edilmiş 3-cü dəqiqədə Mahir Emreli vurub.
Yekun nəticədə "Nürnberq" klubu "Paderborn" komandasına 2:3 hesabı ilə uduzub.
"Mahir Emreli" teqi üzrə xəbərlər
Ən çox oxunanlar