Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mançester Siti" BƏƏ klubunu darmadağın edib
"Mançester Siti" ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" klubunu 6:0 hesabı ilə darmadağın edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma ABŞ-nin Corciya ştatının Atlanta şəhərində baş tutub.
Böyükhesablı qələbə qazanan "Mançester Siti" bununla da G qrupunda altı xal toplayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Məlumat üçün əlavə edək ki, 2025-ci ilin klublararası dünya çempionatı ABŞ-də təşkil edilib. Turnirdə 32 klub mübarizə aparır. Final oyunu iyulun 13-də Nyu-Cersidə baş tutacaq. Turnirin mükafat fondu bir milyard dollar təşkil edir.
"Klublararası dünya çempionatı" teqi üzrə xəbərlər
- Tramp klublararası dünya çempionatının qızıl medalını cibinə qoyub
- Enzo Fernandes unikal nailiyyətə imza atıb
- Final matçında futbolçuya hücum edən Luis Enrikenin cəzası bəlli oldu
- FIFA klublararası dünya çempionatında komandalar nə qədər qazanc əldə edib?
- FIFA klublararası dünya çempionatının ən yaxşıları bəlli oldu