"Mançester Siti" heyətinə yeni futbolçu cəlb edib.
Oxu.Az xəbər verir ki, İngiltərə klubu Braziliyanın "Palmeyras" komandasından Allan Eliasın transferini rəsmən açıqlayıb.
22 yaşlı vinger "Mançester Siti" ilə 5 illik müqavilə imzalayıb. Razılaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Transferin yekunlaşması beynəlxalq icazədən asılıdır.
Florianopolis şəhərində anadan olan Allan 7 yaşında futzalla başlayıb. 14 yaşında "Figueirense"nin akademiyasına keçən futbolçu daha sonra "Palmeyras"a transfer olunub.
Allan "Palmeyras"ın U-20 komandasında 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldıqdan sonra əsas komandaya yüksəlib. 2024/25 mövsümündə 54 oyunda 3 qol və 8 assist edən futbolçu ötən mövsüm 42 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.