Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Mançester Yunayted" hücumçu üçün fantastik təklif göndərib
"Mançester Yunayted" "RealMadrid"in vingeri Vinisius Junioru heyətinə qatmaq üçün fantastik məbləğ təklif edib.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçuya ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklifi göndəriblər.
Həmçinin klub braziliyalının transferi üçün Madrid təmsilçisinə 230 milyon avro təklif edib. Futbolçunun özü isə "Real"dan ayrılmaq fikrində deyil.
Xatırladaq ki, Vinisius 2018-ci ilin iyulunda "Flamenqo"dan "Real"a keçmişdi. Ötən mövsüm o, 39 oyuna çıxıb, 24 qol vurub və 11 qolun ötürməsini verib.
"Futbol transfer pəncərəsi 2024" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi nə zaman açılacaq?
- "Neftçi" braziliyalı hücumçu ilə yolları ayırdı
- "Mançester Yunayted" klubunun braziliyalı ulduzu "Beşiktaş"a keçə bilər
- "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir
- "Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
Ən çox oxunanlar