İtaliya millisinin baş məşqçisi Roberto Mançinidə koronavirus aşkarlanıb.
Bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, 55 yaşlı mütəxəssis xəstəliyi simptomsuz keçirir və Romadakı evində özünü təcrid edib.
Qeyd edək ki, İtaliya millisinin növbəti 14 gün ərzində Estoniya millisi ilə yoldaşlıq, eləcə də Polşa və Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində rəsmi matçı var.