Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçi vəzifəsinə təyin olunduğu “El-Fudjayre” klubunda işə başlayıb.
Oxu.Az Teleqraf-a istinadən xəbər verir ki, komanda onun rəhbərliyi altında ilk məşqə çıxıb.
Qeyd edək ki, D.Maradona may ayında Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan sözügedən klubla 1 illik müqavilə imzalayıb.
Maradona son olaraq 2011-2012 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.
S.S.
www.oxu.az