FİLA cari il üçün iyul ayının 1-nə olan reytinqi açıqlayıb.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, qadın güləşçilər arasında Azərbaycan yığmasının lideri Mariya Stadnik 48 kq çəki kateqoriyasında birinci yeri tutub.
Bu bizim idmançımızın iyunda Dortmunda Qran-pridə qələbəsindən sonra mümkün oldu.
Keçən reytinqdə Stadnik ikinci yerdə idi, bu reytinqdə isə yapon Eri Tosakini yerindən edib.
60 kq çəki kateqoriyasında 1-ci sətirdə Azərbaycan yığmasının digər idmançısı Yuliya Ratkeviç yer alır. Güclülərin onluğunda İrina Ntreba (58 kq) da yer tutub, o 6-cı yerdədir.