İlk olaraq qadının özünü atdığı binanın sakini olduğu, ehtiyatsızlıqdan yıxıldığı ehtimal olunurdu. Lakin onun ayaqlarında ayaqqabı olması intihar versiyasını daha inandırıcı edirdi. Qadının intihar etmiş fotosu da sosial şəbəkələrdə yayılıb.
Mənzillərdən birinin eyvanından çəkilmiş fotoda qadının yerdə qan içərisində meyiti görünsə də, aşağı mənzilin eyvanındakı kondisionerə diqqətlə baxanda daha təsirli mənzərəni görməmək olmur.
Kondisionerin üzərində qadının əl izləri aydın sezilir. Çox güman ki, qadın özünü binadan atsa da, yerə düşən anda kondisionerdən tutaraq xilas olmaq istəyib.
Oxu.Az xəbər verir ki, Milli.Az cavan qadının özünə qarşı amansızlığının səbəbini araşdırıb.
Mərhum xanımın intiharı rus yazıçı Lev Tolstoyun “Anna Karenina” romanında eyniadlı qəhrəmanın həyatı ilə oxşardır - ərə xəyanət…
Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildiriblər ki, Nobel prospekti 9 ünvanında özünü binanın damından aşağı atan 42 yaşlı Mətanət Abbasovadır.
Onun özünə qəsd etməsində ərinin şərəfi əsas amildir. İki uşaq anası olan M.Abbasova ərinə xəyanət etdiyindən özünü dünən binanın damından atıb.
Məsələ ilə bağlı Oxu.Az ilə əlaqə saxlayan mərhumun yaxınları isə yayılan bu məlumatları qəti şəkildə təkzib etdilər.
Dünyasını dəyişmiş qadının qohumlarının bildirdiyinə görə, xəyanətlə bağlı yayılan məlumatlar heç bir şəkildə həqiqətə uyğun deyil:
“Ümumiyyətlə, Xətai Rayon Polis İdarəsindən bizə bildiriblər ki, məsələ ilə bağlı mətbuata heç bir açıqlama verməyiblər. Hal-hazırda intihar faktı üzrə istintaq gedir və intiharla bağlı açıqlama yalnız istintaq hərəkətləri başa çatdıqdan sonra veriləcək”.