Fransanın "Lill" klubunun vingeri Etan Mbappe rəqibinə dirsəklə zərbə endirdiyi üçün qırmızı vərəqə aldıqdan sonra UEFA Çempionlar Liqasında (ÇL) üç matçı buraxacaq.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Kilian Mbappenin 19 yaşlı qardaşı sentyabrın 8-də ÇL-in əsas mərhələsinin ilk oyununda "Real Betis"in müdafiəçisi Natanı vurduğuna görə meydandan qovulmuşdu. Braziliyalı futbolçu bundan əvvəl Mbappenin yanından keçərkən ona nə isə deyib.
Kiçik Mbappe "Arsenal" (13 oktyabr), "Qalatasaray" (21 oktyabr) və "Budyo-Qlimt" (3 noyabr) ilə görüşləri buraxacaq. Futbolçu yalnız noyabrın 25-də "Bavariya" ilə matçda yenidən Avropanın əsas klub turnirində meydana çıxa biləcək.