5 avqust, saat 19:00-da “Mübarizlər” ekstremal yarışmasına hazırlıq çərçivəsində Bakının mərkəzində maneələr kompleksinin açılışı keçirilib.
Oxu.Az xəbər verir ki, promo-tədbir Dənizkənarı bulvar rəhbərliyinin dəstəyi ilə baş tutub.
İdman layihəsinin peşəkar təlimçiləri üç maneənin keçilmə texnikasını nümayiş etdirdilər: “əllə keçid”, “skeyt” və “maili maneə”.
Bundan sonra bütün iştirakçılar maneəni keçmə imkanını əldə edəcəklər. 23 sentyabrda keçiriləcək ilk yarışmadan əvvəl öz gücünü sınaqdan keçirmək üçün bu, mükəmməl şansdır.
“Mübarizlər” - Rusiyada “Гонка Героев” kimi tanınan beynəlxalq idman layihəsidir. Bakıda bu yarışmanın təşkili “Events Management Azerbaijan”a məxsusdur.
Layihənin formatı - çətin keçilən ərazidə maneəli yarışmadır.
İştirakçılar hər bir ölkə və şəhər üçün öz xüsusiyyətləri ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Yarışma üçün nəzərdə tutulmuş traslar istirahət zonalarında və parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə inşa edilir.
İstəyən hər kəs iştirakçı ola bilər – dostları dəvət etmək, saytımızda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı qoşulmaq kifayətdir.
Yarış iştirakçılara iki formatda təqdim olunacaq – komanda və çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə hazır olmalıdır.
Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb qurğulardır.
“Mübarizlər” iştirakçılarına komanda yarışmasında və ya iki çempionat kateqoriyasından birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz iradəsi haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonada idman tipli əyləncələrdə iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı əhvalına qərq olmaq təklif olunur.
Yarış haqqında daha ətraflı məlumatı https://goo.gl/f9H9Kg saytından və ya layihənin sosial şəbəkə səhifələrindən (facebook və instagram) əldə etmək mümkündür.
E.Ə.
www.oxu.az