Qadın voleybolçular arasında 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən turnirə start verilib.
Oxu.Az xəbər verir ki, Braziliyada keçirilən turnirdə Azərbaycan yığması da iştirak edir.
İtaliyalı mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi komanda ilk qarşılaşmasını Dominikan Respublikasına qarşı keçirib.
Oyun millimiz üçün məğlubiyyətlə başa çatıb - 0:3 (15:25, 22:25, 18:25).
Qeyd edək ki, ikinci turda Azərbaycan Braziliya ilə, Kamerun isə Dominikan Respublikası ilə qarşılaşacaq.
Rəylər