Dünən futzal üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.
Oxu.Az xəbər verir ki, qitə birinciliyinin ikinci oyun günündə millimizin rəqibləri – İspaniya və Fransa üz-üzə gəlib.
Lyublyanadakı “Arena Stojitse”də keçirilən oyun 4:4 hesablı bərabərliklə başa çatıb.
Xatırladaq ki, yığmamız ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, günün digər matçında Portuqaliya Rumıniyaya 4:1 hesabı ilə qalib gəlib. Bu, Avropa çempionatında keçirilən dörd matçda tərəflərdən birinin qalib gəldiyi hələlik yeganə oyundur.
S.T.
www.oxu.az