Bədii gimnastika üzrə millimizin sabiq üzvü Aliyə Qarayeva Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini ortaya qoyub.
O, “Instagram” hesabından yaydığı açıqlamada Azərbaycan ordusunun ədalətli hərbi əməliyyat keçirdiyini bildirib:
“Əziz dostlar, son vaxtlar Azərbaycanın guya Ermənistana hücum etdiyini yazan saxta xəbərlərlə tez-tez rastlaşıram. Ancaq gəlin, etiraf edək. Artıq 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır.
Yüz minlərlə azərbaycanlı evlərini itirdi. Bu 30 il ərzində Ermənistan vaxtaşırı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Dinc insanlar öldürülüb. Buna baxmayaraq, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək ümidini itirməyib. Ancaq bütün səbirlər sona çatır.
Hazırda Azərbaycan ordusu torpaqlarını erməni işğalçılarından azad etmək üçün əməliyyat keçirir. Biz mülki şəxslərlə mübarizə aparmırıq. Biz müharibə istəmirik. Erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal çıxarılmasını tələb edirik”.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində anadan olmuş Aliyə Qarayeva milliyyətcə tatardır. 32 yaşlı sabiq gimnast vaxtı ilə Azərbaycan adından Avropa çempionu (iplə hərəkətlərdə) olub, səkkiz dəfə dünya çempionatının mükafatçısı olub.
View this post on Instagram"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Rusiyaya yeni səfir göndərdi
- Paşinyan Ermənistanın yeni konstitusiyasının dərc olunacağı dəqiq tarixi açıqladı
- Ermənistan pasportlarında Qarabağ ermənilərinin doğum yeri Azərbaycan göstərilir
- Simonyan: "Ermənistan Konstitusiyasını dəyişdikdən sonra Azərbaycanla sülh sazişi bir neçə günə imzalana bilər"
- Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar
Digər xəbərlər