Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan qarşılaşmada Portuqaliya və Slovakiya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər.
D qrupunda mübarizə aparan kollektivlərin duelində prineylilər 2:1 hesablı qələbəyə seviniblər.
Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.
Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25), Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Daha çox foto burada: PhotoStock.az
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.
Oxu.Az xəbər verir ki, B qrupunda II turun oyununda son dünya çempionu Rumıniya və Çad milliləri üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşma gözlənilmədən turnirin autsayderi hesab edilən Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.
Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.
Xatırladaq ki, Fransa ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Rumıniya seçməsi 2023-cü ildə BƏƏ-də keçirilən dünya çempionatının qalibi olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.
Qeyd edək ki, Fransa millisi ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş - Çad - Rumıniya qarşılaşması baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.
Oxu.Az xəbər verir ki, A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.
Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.
Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının üçüncü günündə daha 8 qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın üçüncü gününə Mavritaniya - Bəhreyn oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
23 may
Saat 12:45, Mavritaniya - Bəhreyn;
Saat 14:00, Fransa - Özbəkistan;
Saat 15:15, İngiltərə - Macarıstan;
Saat 16:30, Çad - Rumıniya;
Saat 18:15, Bolqarıstan - Hindistan;
Saat 19:30, Ukrayna - Türkiyə;
Saat 20:45, Sloveniya - Azərbaycan;
Saat 22:00, Portuqaliya - Slovakiya.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində