Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
"Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Karim Rossi (15) vurub.
Qəbələ kollektivi 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıblar.
Bu gün Misli Premyer Liqasında XXXIII - son turuna bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, turun ilk oyunu Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası "Şamaxı" ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 18:30-da çalınacaq.
Bu oyunların nəticəsindən asılı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.