Misli Premyer Liqasının V turu çərçivəsində "Zirə" öz meydanında "Şamaxı"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma "Zirə"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda "Zirə"nin qollarını 83 və 87-ci dəqiqələrdə J.Martins, "Şamaxı"nın qolunu isə 25-ci dəqiqədə K.Rossi vurub.
Misli Premyer Liqasında V turun açılış oyununda "İmişli" səfərdə "Karvan-Yevlax"la qarşılaşıb.
Oxu.Az bildirir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.
Qolları Dioqo Almeyda (12), Edvin Banquera (15) və Azər Salahlı (80) vurublar.
"İmişli" qələbə sayəsində xallarını 7-yə çatdırıb. "Karvan-Yevlax"ın isə 4 xalı var.
Qeyd edək ki, günün növbəti matçı "Zirə" və "Şamaxı" komandaları arasında keçirilir.
Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, tura bu gün iki oyunla start veriləcək.
"Karvan-Yevlax" "İmişli"ni, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, sabah "Qəbələ" - "Kəpəz", "Sabah" - "Turan Tovuz" qarşılaşmaları baş tutacaq. Tura sentyabrın 21-də "Araz-Naxçıvan" - "Qarabağ", "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.
19 sentyabr
Misli Premyer Liqası
V tur
Saat 16:00, "Karvan-Yevlax" - "İmişli";
Saat 18:30, "Zirə" - "Şamaxı".