Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan milli futbol komandaları arasındakı yoldaşlıq görüşü ilə bağlı paylaşım edib.
"Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. AVRO-2020-də öz evimizdə - Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar”, - nazir özünün “Twitter” səhifəsində qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin Alanya şəhərinin “Oba” stadionunda keçirilən matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Alanya’da kaybeden yok.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 27, 2021
Yaşasın Türkiye-Azerbaycan kardeşliği!🇹🇷🇦🇿#Euro2020’de kendi evimizde; Bakü’deyiz!
Can #Azerbaycan’ın ev sahipliğinde başarılar #BizimÇocuklar! @MilliTakimlar pic.twitter.com/zxKav2LksY