Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
!["Neftçi" klubu yeni sponsorluq müqaviləsi imzalayıb](https://images.oxu.az/2025/02/07/dotgd54lMpsn0ipBbHPzUdaPvnM7ztmdzoKmQ2tv:1200.jpg)
"Neftçi" klubu yeni sponsorluq müqaviləsi imzalayıb
"Neftçi" Peşəkar Futbol Klubu (PFK) ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.
Oxu.Az xəbər verir ki, 2025-2030-cu illəri əhatə edən müqaviləyə əsasən, "Palms Sports" "Neftçi Arena" və "Neftçi" Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.
Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.
"Neftçi" PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında "Palms Sports" loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.
Bu sponsorluq müqaviləsi yalnız "Neftçi" PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir.
Xatırladaq ki, "Palms Sports" "International Holding Company" (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılıb və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir. "IHC-Palms Sports" son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırıb.
Qeyd edək ki, tədbirdə "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev və "Palms Ports"un icraçı direktoru Fouad Darviş iştirak ediblər.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Baş icraçı direktor: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"
- "Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
- Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"
- "Neftçi"dən ayrılan futbolçu ABŞ klubuna transfer olundu
- "Neftçi"dən ayrılan Kilian Lebon Yunanıstan klubu ilə razılaşdı
Rəylər