Tunisdə keçirilən paraatletika üzrə Qran Pri yarışında F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 m nəticə göstətərək qızıl medal qazanıb.
Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, komandamızın bu turnirdə ikinci qızıl medalıdır. Daha əvvəl Orxan Qasımov nizəatmada birinci olmuşdu
Qeyd edək ki, 2008-ci ilin Paralimpiya və 2014-cü ilin Avropa çempionu olan Oloxan Musayev 2019-cu ildə Tokioda keçiriləcək növbəti Paralimpiya Oyunlarına lisenziyanı qazanıb.