Üzgüçümüz Roman Saley 50 metr məsafəyə sərbəst üsulla üzmədə final mərhələsinə çıxıb.
Oxu.Az xəbər verir ki, o, 23.85 saniyə nəticə göstərməklə Özbəkistandan olan İslam Aslanovla birgə dördüncü yeri tutub. İdmançımız üçüncü yerdəki rəqibindən cəmi iki santisaniyə geri qalıb.
Birinci sıranı onun Belarusdan olan həmyerlisi İqor Boki (23.21) tutub. Gümüş və bürünc mükafatçılar Ukrayna təmsilçiləri – müvafiq olaraq İlya Yaremenko (23.70) və Maksim Veraksa (23.83) olub.
Qeyd edək ki, Roman Saley avqustun 31-də 100 metr məsafəyə sərbəst üsulla üzmədə və sentyabrın 3-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə də çıxış edəcək.
07:29
Azərbaycan üzgüçüsü Roman Saley Tokio Yay Paralimpiya Oyunlarında ikinci dəfə mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.
27 yaşlı Belarus əsilli idmançı üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.
Qeyd edək ki, Roman Saley iki gün əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.