Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əliabbas Rzazadənin Parisi medalsız tərk edəcəyi dəqiqləşdi
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Oxu.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.
Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Oxu.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan güləşçimiz 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb.
Güləşçimiz görüşdə 4:11 hesabı ilə məğlub olub. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb