Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən Sənan Süleymanovun son durumu bilinib
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədəyə görə tam gücü ilə mübarizə apara bilməyən Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) son durumu bəlli olub.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Sərxan Musayev açıqlama verib.
"Əzələ siniri ölüb. Ağrıların tam keçməsi üçün zamana ehtiyac var. Səhv etmirəmsə, əməliyyat etdirmək fikri də yoxdur. Sadəcə, müəyyən zaman çərçivəsində bərpa prosesi gözlənilir. Hələlik dincəlir. İnanmıram ki, bu il hansısa yarışa qatılsın", - deyə federasiya rəsmisi bildirib.
Qeyd edək ki, Sənan Süleymanov Paris-2024-də yarımfinalda və bürünc medal uğrunda görüşdə məğlub olub. Güləşçi olimpiadadan öncə təlim-məşq toplanışında ayağından zədə almışdı.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb