Türkiyənin “Qaziantep” komandasının qapıçısının penaltinin qarşısını alma sevinci komandaya baha başa gəlib. Belə ki, qolkiper qolu qaytardığı üçün sevinərkən topu öz qapısına vurub.
Oxu.Az xəbər verir ki, bu anların əks olunduğu video “YouTube” kanalında yerləşdirilib.
Avtoqol “Qaziantep”in müdafiəçisi Yunus Əmrə Yılmazın 11 metrdən zərbənin qarşısını alan qolkiperi qucaqlamaq istəyərkən qeydə alınıb. Qapıçı topu əlindən buraxıb və top qapı xəttini keçib. Hadisə Türkiyənin birinci liqasının matçında baş verib.
N.O.
www.oxu.az