Peşəkar Futbol Liqası (PFL) "Qarabağ" futbol klubunun ölkə çempionatında 1 000-ci oyunu münasibətilə xüsusi xatirə hədiyyəsi hazırlayıb.
Oxu.Az xəbər verir ki, hədiyyə "Qarabağ"ın 1 000 oyununun hər birində futbolçu və ya klub rəsmisi kimi iştirak etmiş Şahid Həsənova, eləcə də "Neftçi"nin sabiq kapitanı və uzun illərdir klubda çalışan İqor Getmana təqdim olunub.
Qeyd edək ki, ölkə çempionatının bütün mövsümlərində iştirak edən "Qarabağ" və "Neftçi" klubları ötən günlərdə çempionatda 1 000-ci oyunlarını keçiriblər. Bu əlamətdar hadisə münasibətilə PFL hər iki klub üçün xüsusi xatirə hədiyyələri hazırlayıb.
Hədiyyələri Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.