Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
PSJ “Brest”i məğlub edərək Fransa kubokunun 1/4 finalına yüksəlib - VİDEO
Fransa kubokunun 1/8 final mərhələsində PSJ “Brest”lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Parisdəki (Fransa) “Park de Prens” stadionundakı matçda PSJ 3:1 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.
34-cü dəqiqədə Kilian Mbappe hesabı açıb. 37-ci dəqiqədə Danilo Pereyra PSJ-nin ikinci qolunu vurub. 65-ci dəqiqədə “Brest”dən Stiv Munye fərqi azaldıb. 69-cu dəqiqədə “Brest”in futbolçusu Lilian Brasye iki sarı vərəqə alaraq meydandan qovulub. 90+2-ci dəqiqədə isə Qonsalo Ramos yekun hesabı müəyyənləşdirib - 3:1.
"Fransa" teqi üzrə xəbərlər
Ən çox oxunanlar