Sabah Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının VII turunun oyunları keçiriləcək.
Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə Aleksandra Maltsevskaya (Rusiya) ilə mübarizə aparacaq. Xanım Balacayeva Anastasiya Bondarok (Rusiya), Gülnar Məmmədova Olqa Badelka (Belarus), Ülviyyə Fətəliyeva Klaudia Kulon (Polşa), Gövhər Beydullayeva Vasilisa Semyonova (Rusiya), Zeynəb Məmmədyarova Yana İlyuçuk (Belarus), Türkan Məmmədyarova İrina Petrova (Ukrayna), Nəsrin Babayeva Mihaela Sandu (Rumıniya), Xəyalə Abdulla Triin Narva (Estoniya) və Ayan Allahverdiyeva Obada Ema (Rumıniya) ilə qarşılaşacaq.
Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıb.
Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.