Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Qalatasaray" rəsmilərinin gizlin görüşdüyü ulduz futbolçunun kimliyi bəlli olub
Türkiyə nəhəngi "Qalatasaray" "Mançester Siti" klubunun ulduz futbolçusu İlkay Gündoğanla danışıqlar aparıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, əslən Türkiyədən olan almaniyalı yarımmüdafiəçi "Qalatasaray" rəsmiləri ilə görüşərək mövsüm sonunda etibarən "sarı-qırmızılar"da çıxış edə biləcəyini deyib.
"Qalatasaray" rəsmiləri isə cavab olaraq: "Biz sizin nə qədər yaxşı "Qalatasaray" oyunçusu olduğunuzu bilirik. Klubunuzdan ayrılsanız, qapımız hər zaman açıqdır", - deyiblər.
Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti" forması ilə 25 oyunda meydana çıxıb, iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray"da xoşbəxt olan Viktor Osimhen İngiltərə nəhənginin təklifini qəbul etməyib
- Nihat Kahveci Acun Ilıcalını "yazıq" adlandırıb
- "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək
- İngiltərə klubu "Qalatasaray"ın gənc ulduzu üçün 15 milyon avro təklif edib
- Repçi sevgilisindən ayrılan Vanda Nara Mauro İkardi ilə yenidən barışdı
Rəylər