Avro Liqada Azərbaycanın yeganə və layiqli təmsilçisi “Qarabağ” sabah Tofiq Bəhramov adına Respublika stadionunda növbəti sınağına çıxacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sabahkı matça artıq 18 min bilet satılıb.
Lakin oyun saatına qədər daha artıq biletin satılacağı gözlənilir.
Qeyd edək ki, F qrupunda qərarlaşan “Qarabağ” “Dnepr” üzərində səfərdə qazandığı 1-0 hesablı tarixi qələbədən sonra qrup ikincisidir.
E.Ə.
www.oxu.az