Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu mərhələdə təmsil olunacaq.
“Qarabağ” klubu Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkəcək.
Ağdam təmsilçiləri ilk oyuna bu heyətlə çıxacaqlar:
Qapıçı: İbrahim Şehiç (13); Müdafiə: Maksim Medvedev (5), Ansi Aqolli (25), Yakub Jezniçak (52), Bədavi Hüseynov 5(5); Yarımmüdafiə: Qara Qarayev (2), Miçel (8), Riçard Almeyda (20), Mahir Mədətov (11), Donald Gerrye (17); Hücum: Dino Ndlovu (9).
S.B.
www.oxu.az