Partik Andradenin “Qarabağ” klubu ilə imzaladığı müqavilənin müddəti məlum olub.
Klubdan verilən məlumata görə, Kabo-Verde millisinin üzvü Ağdam təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Andrade “atlılar”ın heyətində 66 nömrəli formada çıxış edəcək.




14:00
“Qarabağ” klubu daha bir futbolçunun keçidini həll edib.
Bununla bağlı “köhlən atlar”ın rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.
“Qarabağ” Serbiya “Partizan”ında çıxış edən Patrik Andradeni heyətinə qatıb.
Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2020 - 2022-ci illərdə də Ağdam təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, yay transfer pəncərəsi çərçivəsində “Qarabağ” klubu Hamidu Keyta və Juninyonu transfer edib.
