Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və “Seltik” komandaları arasında oyundan sonra acınacaqlı mənzərə müşahidə olunub.
Oxu.Az xəbər verir ki, doğma komandanı dəstəkləməyə gələn bəzi azarkeşlər stadionu zibilxana ilə səhv salıblar.
Belə ki, onlar oturduqları yerlərə tum qabıqlarını, içdikləri su butulkasını yerə tullayıblar, bəziləri isə “Qarabağ”-ın bayrağını altlıq kimi istifadə ediblər.
Oxu.Az dünən stadiondan çəkilmiş görüntüləri təqdim edir:
Elvin Əhmədov
FOTO: Yuriy
www.oxu.az