Rusiya mətbuatında “Qarabağ”ın qapıçısı Andrey Lunyovun “Rubin”ə keçəcəyi ilə bağlı xəbər yayılıb.
Azərbaycan təmsilçisinin baş direktoru Asif Əsgərov bununla bağlı açıqlama verib. “Sport Express”ə danışan klub rəsmisi Lunyov üçün təklif almadıqlarını bildirib:
“Rubin” Lunyovla bağlı bizimlə əlaqə saxlamayıb. Amma Andrey bizim qapıçımızdır. Onu buraxmaq fikrində deyilik”.
Qeyd edək ki, Andrey Lunyov 2023-2024 mövsümündə “Qarabağ”ın heyətində 15 matçda meydana çıxıb. 31 yaşlı qolkiper 7 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
10:04
“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasını Rusiyada davam etdirə bilər.
32 yaşlı qolkiperin xidmətində Premyer Liqanın iki klubu maraqlıdır. Bunlar “Rubin” və “Rostov”dur. Hər iki klub futbolçunu heyətinə qatmaq imkanlarını araşdırır.
“Qarabağ” Andrey Lunyovu bu ilin avqust ayında Almaniyanın “Bayer” (Leverkuzen) klubundan transfer edib. Rus qolkiperin Azərbaycan klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına kimidir. Ağdam təmsilçisinin sözləşməni daha bir il uzatmaq hüququ var.
Andrey Lunyov karyerası ərzində ölkəsində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”də çıxış edib. Təcrübəli qapıçı Rusiya millisinin heyətində 7 oyun keçirib.
Mənbə: Inkazan.ru