Türkiyənin “Ərzurumspor” klubunun əsas heyətində çıxış edən dörd futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib.
“Habertürk”ün məlumatına görə, futbolçulardan başqa, texniki heyət üzvlərindən daha yeddi nəfərin COVID-19 testi müsbət çıxıb.
Klub prezidenti Hüseyn Üneş bildirib ki, səhhətindən şübhələndikləri daha 12 nəfər təkrar testdən keçmək üçün xəstəxanaya göndərilib.
Qeyd edək ki, “Qarabağ” klubunun sabiq qapıçısı İbrahim Şehiç hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edir.