Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunda iştirak edən millimiz dördüncü oldu
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunu dördüncü yerdə başa vurub.
Oxu.Az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan seçmə komandamız ilk görüşündə Sinqapura 45:32 hesabı ilə qalib gəlib.
Anna Başta, Zərifə Hüseynova, Polina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçməsinə 45:43 hesab ilə qalib gəlib. Bu qarşılaşmada komandamızın üzvü Anna Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.
Millimiz qələbə seriyasını növbəti görüşdə də davam etdirib. Qadın sablyaçılarımız bu dəfə ABŞ seçməsini 45:38 hesabı ilə üstələyərək adlarını ən güclü 4-lüyə yazdırıblar. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesab ilə uduzan təmsilçilərimiz 3-cü yer uğrunda keçirilən qarşılaşmada Koreya Respublikasına 33:45 hesabı ilə məğlub olublar.
Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Anna qadın sablyaçıların şəxsi yarışında yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Polina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.
Dünya Kubokunda 200-dən çox qadın sablyaçı yarışıb.
"Anna Başta" teqi üzrə xəbərlər
- Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb
- Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək
- Anna Baştanın ilk rəqibi bəlli olub
- Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyəti
- Olimpiadaya lisenziya qazanan Azərbaycan idmançısı: "Açığı, şokda idim, hətta sevincimdən ağladım"