Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qızıl Top" mükafatının Rodriyə verilməsinin səbəbi açıqlandı
"France Football" nəşrinin baş redaktoru Vensan Qarsiya "Qızıl top" mükafatının "Real Madrid"in cinah hücumçusu Vinisius Juniora deyil, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə verilməsinin səbəbini açıqlayıb.
Oxu.Az xəbər verir ki, onun sözlərinə görə, buna səbəb "Real Madrid" klubundan Vinisiusla birlikdə daha dörd üzvünün namizədlər arasında yer almasıdır.
Bu fakt riyazi olaraq Vinisiusun bir neçə xal itirməsinə yol açıb. Jürinin "Real Madrid"li futbolçular arasında seçim etməsi Rodriyə üstünlük qazandırıb.
Qeyd edək ki, hər il dünyanın ən yaxşı oyunçusuna təqdim edilən "Qızıl top" mükafatının təşkilatçısı "France Football" nəşridir.
"Vinisius Junior" teqi üzrə xəbərlər
- Vinisiusun mükəmməl qolu Braziliyaya Kolumbiya üzərində qələbə qazandırdı
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- "Real Madrid" Mbappe və Vinisiusun birgə oyunundan narahatdır
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu