"Penalti epizoduna baxmamışam".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ" - "Neftçi" oyunundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, Elçin Məsiyəv boş yerə penalti zərbəsi təyin etmir:
"Penaltiyə gəlincə, epizodu hələ izləmək imkanım olmayib. Amma Elçin Məsiyev elə-belə penalti verməz. Onun Avropada böyük təcrübəsi var".
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Murad Nəsimi