Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın üç əsas futbolçusu ilə birdən-birə yollarını ayırmaq qərarına gəlib.
Oxu.Az "El Nacional"a istinadən xəbər verir ki, mütəxəssis klubda genişmiqyaslı dəyişiklik planlaşdırır. Qvardiola Kevin de Bruyne, Bernardo Silva və İlkay Gündoğanın satışlarının bu prosesi sürətləndirməyə kömək edəcəyinə inanır.
Hətta komandanın digər üzvü Fil Fodenin də gələcəyi sual altındadır. Onunla "Real" və "Bavariya" maraqlanır. 150 milyon avroluq təklif onun "şəhərlilər"lə vidalaşmağına səbəb ola bilər.
Xatırladaq ki, Qvardiola bu yaxınlarda klubda davam edən böhrana baxmayaraq, "Mançester Siti" ilə müqaviləsini uzadıb. Hazırda onun komandası Premyer Liqada lider "Liverpul"dan 16 xal geri qalaraq dördüncü pillədə qərarlaşır.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Pep Qvardiola "Real Madrid"ə qalib gələ bilməyəcəklərini etiraf edib
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
- Pep Qvardiola antirekordunu TƏKRARLADI
- Pep Qvardiola antirekorda imza atıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı