Balkan Atletik Federasiyaları Assosiasiyası (ABAF) “İlin kişi atleti” mükafatını azərbaycanlı idmançı Ramil Quliyevə təqdim edib.
Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Atletika Federasiyası məlumat yayıb.
Mükafat Türkiyə bayrağı altında çıxış edən Ramil Quliyevə Yunanıstanın paytaxtı Afinada ABAF sədri Dobromir Karamarinov və köməkçisi Fatih Çintimar tərəfindən təqdim olunub.
Bu il Almaniyanın paytaxtı Berlində keçirilən kişilər arasında 200 metr məsafəyə qaçışda Quliyev 19.76 saniyə ilə Türkiyə rekordunu yeniləməklə yanaşı, çempionluq rekordunu da qırmışdı.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər