Xəbər verdiyimiz kimi, “Zirə”nin yeni baş məşqçisi Rəşad Sadıqov təyin olunub.
Oxu.Az xəbər verir ki, üç illik müqavilə bağlayan Rəşad Sadıqov yeni işi ilə bağlı fikirlərini sözügedən klubun mətbuat xidmətinə üç cümlə ilə ifadə edib:
“Məsuliyyətli işin altına girdiyimi anlayıram. Mənə göstərilən etimada görə “Zirə” rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.