I Avropa Oyunlarının mükafatçısı, Azərbaycanı təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finaladək irəliləməsini gözləməli olub.
OxuşAz-ın məlumatına görə, Tervel Dlaqnev yarımfinaladək irəliləsə də, həmin görüşdə iranlı rəqibinə 0:8 hesabı ilə uduzaraq finaldan kənarda qalıb.
Buna görə də Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxmaq şansını da itirib və "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
18:11
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, yarışların 15-ci günündə Azərbaycan güləşçisi Cəmaləddin Maqomedov 125 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
1/8 final mərhələsində ABŞ təmsilçisi Tervel Dlaqnevlə qarşılaşan sərbəst güləşçimiz çətin keçən ilk hissədə 1 xal qazanıb.
İkinci hissədə isə dizindəki zədə idmançımıza yaxşı güləşməyə imkan verməyib - 5:6.
Beləliklə, T.Dlaqnev finala yüksələcəyi təqdirdə, C.Maqomedov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.