Əlcəzair milli komandasının 35 yaşlı kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusu 2014-cü ildən etibarən Əlcəzair yığmasının şərəfini qoruyurdu. O, yığmada 119 oyun keçirib və 40 qol vurub.
Mahrez millinin heyətində 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın 1/16 final mərhələsində İsveçrə komandasına məğlub olaraq (0:2) turnirlə vidalaşıb.
Qaynar xətt:
(055) 224 12 12