Rusiya yığması Konfederasiyalar Kubokunun qrup mərhələsi çərçivəsində Portuqaliya millisinə məğlub olub.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma çərşənbə günü, iyunun 21-də, Moskvanın “Otkrıtiye Arena” stadionunda keçirilib və Pireney təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 8-ci dəqiqədə qonaqların hücumçusu Kriştiano Ronaldo vurub.
Bu qələbədən sonra xallarının sayını dördə çatdıran Portuqaliya yığması “A” qrupunda ilk pilləyə yüksəlib. Rusiya yığması üç xalla ikincidir.
S.B.
www.oxu.az