Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə birinci turdan sonra ABŞ-ın Sent-Luis şəhərində keçirilən Qran-Turun üçüncü mərhələsində turnir cədvəlinə başçılıq edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, doqquz turdan sonra Məmmədyarov 17 xal toplayıb.
Amerikalı Hikaru Nakamurada da xal sayı eynidir.
Onlardan sonra digər amerikalı Fabiano Karuana (15,5), fransız Maksim Vaşye-Laqrav (15) və erməni Levon Aronyan (14) qərarlaşıblar.
Qran-turun ABŞ mərhələsinin mükafat fondu 150 min dollar təşkil edir. Blits üzrə yarışların ikinci dairəsi çərşənbə günü, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Rəylər