Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şahin Diniyev istefası barədə: "Belə olmalı idi, oldu"
Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra "Səbail" klubu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.
Bu barədə Oxu.Az-a açıqlama verən Şahin Diniyev bildirib ki, şəxsi istəyi ilə klubdan ayrılıb.
"Qərar şəxsi istəyimdir. Belə olmalı idi, oldu. Bu barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Səbail" klubuna mövsümün geri qalanında uğurlar arzu edirəm", - deyə Ş.Diniyev bildirib.
Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabr ayından "Səbail" klubunun baş məşqçisi vəzifəsində çalışdırdı.
Anar Həsənov
"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.
Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Sonuncu - 10-cu olan "Kəpəz" isə 6 xala malikdir.
"Şahin Diniyev" teqi üzrə xəbərlər
- Şahin Diniyev: "İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"
- "Səbail"in yeni baş məşqçisi rəsmi AÇIQLANDI
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Şahin Diniyev: "Oğlumun debüt oyununda iki qol vurması qürurvericidir"
- Cavid Hüseynovun "Səbail"də alacağı maaş bəlli olub