Bəli, kirayə verdiyim mənzilin əşyaları icazəm olmadan satılıb.
Bu barədə Oxu.Az-a AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev bildirib.
Millimizin sabiq baş məşqçisinin Bakıxanov qəsəbəsində kirayəyə verdiyi mənzilin əşyaları kirayə qalan qadın və onun tanışı tərəfindən elan saytına yerləşdirilərək satılıb. Həmin iki şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
“Hazırda onlar barəsində istintaq gedir. Təxminən 15 gündür ki, tutulublar. Mənə qohum deyillər, tamam başqa, kənar adama kirayəyə vermişdim. Pulu vaxtı-vaxtında verirdilər deyə, şübhələndiyim bir məqam yox idi. Sadəcə olaraq, bu hadisə bir neçə günün içərisində olub”, – deyə Şahin Diniyev bildirib.
Səbuhi Musayev