“Shamkir Chess 2014” turnirində Şəhriyar Məmmədyarov 3-cü turda Hikaru Nakamuraya məğlub olub.
Oxu.Az xəbər verir ki, Nakamuraya məğlub olan Şəhriyar Məmmədyarov partiya haqda bunları deyib:
“Hər şey yaxşı başladı. Debütdən sonra təhlükə yox idi. Sadəcə risk etdim və sonu hamıya məlumdur. Gedişləri hesablamışdım və heç bir təhlükə görmürdüm. Mənasız risk hər şeyi məğlubiyyətə doğru apardı. Sonra vəziyyət kritik oldu, artıq çıxış yolu yox idi”.
Hikaru Nakamura isə qələbənin vacib olduğunu bildirdi:
“Normal partiya oldu. Karlsenə ötən gün məğlubiyyətdən sonra bəzi dəyişikliklər etdim. Vəzirlə düzgün oynadım və qazandım. Fikrimcə bu qələbə mənə çox lazım idi. Bununla belə ən çətin oyunların qarşıda olduğunu düşünürəm”.
Nərmin Kazımova
www.oxu.az