“Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək”.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib:
“Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var”.
S.Devisin fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər:
“Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq”.
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı “Windsor Park”da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
A.S.
www.oxu.az