Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Superkompüter İngiltərə Premyer Liqasında yeni mövsümün qalibini proqnozlaşdırıb
Superkompüter İngiltərə Premyer Liqasının başlamasına günlər qalmış öz proqnozlarını verib.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, superkompüterə görə, Pep Qvardiolanın "Mançester Siti"sinin ardıcıl beşinci Premyer Liqanı qazanmaq şansı 99.9% olaraq qiymətləndirilib. "Arsenal" klubu isə 95.7%-lik göstərici ilə ikinci olub. Üçüncü pillədəki "Liverpul"un isə şansı 88.8%-dir.
Superkompüter "Mançester Yunayted" klubunun qalib gəlmə ehtimalının 18.9%-ə bərabər olduğunu bildirib.
Qeyd edək ki, superkompüter 2024/25 mövsümünün sonunda İngiltərə Premyer Liqası ilə vidalaşacaq komandaların isə "Lester Siti", İpsviç Toun" və "Sauthempton" klublarının olduğunu göstərib.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- De Bruynenin "Mançester Siti"də son matçından qabaq çəkilmiş videosu yayıldı
- İngiltərə Liqa Kubokunda yeni qayda tətbiq ediləcək
- Avropanın "TOP-5" liqasında çempionluq yaşayan yeganə baş məşqçi – Karlo Ançelotti
- Mark-Andre ter Ştegen "Barselona"dan ayrılacaq
- "Aston Villa" "Mançester Yunayted"in oyunçusunu istəyir