"Turnirə çox ciddi hazırlaşmışdıq. Ölkə daxilində və ölkə xaricində millinin məşqləri keçirildi. Turnirə son çempion kimi qatılmışdıq. Bütün rəqiblər də bizi yaxşı analiz etmişdilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.
O bildirib ki, hər bir oyunda çətinlik olub:
"Millinin hər bir üzvü oyunlara tamamilə fərqli motivasiya hissi ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq".